Bərdədə kafe yanıb

Bərdədə kafedə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonunun Mirzalıbəyli kəndində ümumi sahəsi 40 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə