Avtomobil ağaca çırpıldı 1 nəfər öldü

Avtomobil ağaca çırpıldı 1 nəfər öldü
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Quşencə kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Eysan Nemət oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca və qaz borusuna çırpılıb. Hadisə zamanı sürücü E.Əliyev aldığı ağır xəsarətdən hadisə yerində ölüb, 1982-ci il təvəllüdlü Xələfov Səbuhi Zabit oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə