Doqquz maşın və iki evdən oğurluq etdi

9 avtomobildən və 2 evdən pul və məişət əşyaları oğurlamaqda, habelə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Həsənov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində vətəndaşlara məxsus 9 avtomobildən və 2 evdən pul və məişət əşyaları oğurlamaqda, habelə S.İsmayılova qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Həsənov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə