2 yeniyetmə oğurluq etdiyinə görə tutuldu

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də rayon ərazisindəki evlərin birindən 550 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılmışlar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə