Qax şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 26-da saat 20 radələrində Qax şəhərində şəhər sakini X.Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Məmmədəli Sultanovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qax RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə