Xəzər rayonu ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Əliyev avtomobillə birgə saxlanılıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Buzovna qəsəbəsində yaşayan F.Dadaşov fevralın 23-də qəsəbə ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev fevralın 24-də Qala qəsəbəsinin ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...