Avtomobillərdən oğurluq edən şəxs yaxalanıb

Biləsuvar rayonu ərazisində 4 avtomobildən və 1 motosokiletdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən və 1 motosokiletdən akkumulyator, maqnitofon, təmir-tikinti alətləri, qaldırıcı qurğu, açar dəsti və qəza nişanı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Hüseynov və K.Şirəli saxlanılıb.

Şəxsi axtarış zamanı E.Hüseynovdan heroin aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə