Yol qəzasında 1 nəfər həyatını itirib

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 22-də saat 21 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini F.Fətullazadə idarə etdiyi “Lada Priora” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Tahir Məmmədovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 23-də saat 7 radələrində orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə