Oğurluqda şübhəli bilinən Astara şəhər sakini R.Həbibov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də R.Bağırovanın içərisində 538 manat və 200 ABŞ dolları olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Həbibov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə