Ölümlə nəticələnən yol qəzası baş verib

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 23-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Orxan Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...