DYP avtomobili barədə araşdırmalara başlandı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtın Nərimanov rayonu "Keşlə dairəsi" kimi tanınan ərazidə yol polisi ilə bağlı yayılan video barədə məlumat yayıb.

İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev SİA-ya bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb: "Məsələdən məlumatımız var. Videogörüntüdə yol polisinin hər hansı avtomobili saxlaması müşahidə olunmur, dislokasiya üzrə xidmət aparır. Buna baxmayaraq, BŞBPİ Dövlət Yol İdarəsində videogörüntülərdə iddia olunan hallarla bağlı müvafiq araşdırma aparılır".

Xatırladaq ki, sosial şəbəkələrdə paytaxtın Nərimanov rayonu, Keşlə qəsəbəsi ərazisindəki dairədə YP 363 dövlət nömrə nişanlı yol patrul xidmətinin avtomobili bir-neçə dəfə dairə vurması barədə video yayılıb. Videonu çəkən şəxsin iddiasına görə, həmin avtomobil dairədə sürücüləri inzibati xəta törətməyə sövq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...