Keçmiş məhbus narkotiklə tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayonunun Ərçivan qəsəbə sakini R.Rzayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Rzayev saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 1 kiloqram 25 qram tiryək, 40 qramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə