Yanacaqla dolu olan yük maşını partlayıb

ABŞ-da avtomobil yolunda yanacala dolu olan bir yük maşını partlayıb. SİA internet şəbəkəsində yayılan videogörüntülərə istinadən xəbər verir ki, İndianadakı magistral yolda, reaktiv yanacaq daşıyan bir tanker maşını partlayıb.

Partlayış anı belə video görüntülərdə öz əksini tapır.

Yanacaq çəni yol qovşağında sağa yuvarlanıb. Şahidlər sürücünü yanan salondan çıxarıb və o sağ qalmağı bacarıb.

Hadisə zamanı yol boyunca yanacaq yayılıb, güclü bir partlayış törəyib.

Hazırda bütün yol bağlanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə