Bu gün Astara rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Suparibağ kəndində ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə