Astarada yanğın: 1 nəfər yaralanıb

Astarada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata əsasən yanğın zamanı 1 nəfər xəsarət alıb.

Belə ki, rayonun Suparibağ kəndində ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə