Narkotik alveri edən şəxs tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini V.İbrahimov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

Ətrafında aparılmış tədbirlərlə onun ayrı-ayrı şəxslərə məxsus 4 “KamAZ” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə