7 baş inək oğurlayan keçmiş məhkum saxlanıldı

Xəzər rayonu ərazisində 7 baş inəyi otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Quliyevə, A.Piriyevə və X.Əsədova məxsus 7 baş inəyi otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Türkan qəsəbəsində qəsəbə sakini E.Yusibova məxsus 1 baş inəyi otlaq sahəsindən oğurlanası da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə