Balakən rayonunun Katex kəndində ümumi sahəsi 72 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılan 4 ton ot bağlamasının 0,5 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə