Ölümlə nəticələnən yol qəzası baş verib

Gəncə şəhəri ərazisində baş vermiş YNH nəticəsində 1 nəfər ölmüş, 3 nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 18-də saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini S.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Onun sərnişinlərindən həmyerlisi Ramin Hüseynov xəstəxanaya aparılarkən yolda ölmüş, özü və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə