Ağır çəkili şəxs xilasedicilərin köməyi ilə mənzildən çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə