Ölümlə nəticələnən yol qəzası baş verib

Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 16-da saat 22 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Çaparlı kənd sakini Elməddin Aslanovun və Beyləqan rayon sakini Ş.Ağalarovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Aslanov və həmkəndlisi olan sərnişini Orxan Qarayev hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə