Yol idarəsinin texnikası anidən alışıb - FOTO

Tovuzda yol idarəsinə məxsus texnika anidən alışıb.

SİA- nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəncə-Qazax-Gürcüstan magistral avtomobil yolunda qeydə alınıb.

Belə ki, yolun tikintisini həyata keçirən "Polad" şirkətinə məxsus ekskavator alışıb. Hadisə yerinə Tovuz rayon Yanğıından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata görə, hadisə qısa qapanmadan baş verib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə