Papirosları gizlədərək keçirməyə cəhd etdilər

Papirosları gizlədərək keçirməyə cəhd etdilər

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında 2 fakt üzrə müxtəlif markalı 5168 ədəd papirosun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, belə ki, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Mercedes Benz C200" və "VAZ 21110" markalı avtomobillər saxlanılıb və gömrük baxış keçirilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilən 5100 ədəd "Belomorkanal" və 68 ədəd "Boqatıri" markalı papiroslar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə