Suraxanı rayonu ərazisindəki mağazaların birindən pul və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da rayon ərazisindəki mağazaların birindən 200 manat və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Əsgərov, S.Mustafayev və əvvəllər məhkum olunmuşlar - S.Ağayev və B.Əmirov saxlanılıb.
Ətraflarında aparılmış tədbirlərlə onların daha iki mağazadan 150 manat pul, ərzaq məhsulları və tütün məmulatı oğurlamaları da müəyyən edilib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB