Avtobusda cibgirlik edən şəxs tutuldu

Avtobusda cibgirlik edən şəxs tutuldu

Bakı şəhər sakini E.Novruzovun avtobusda R.Niftəliyevanın çantasından pulqabısını oğurlaması müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, hazırda inzibati həbsdə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Novruzovun ətrafında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın ayının 26-da Bakıxanov qəsəbəsi ərazisində xətt avtobusunda paytaxt sakini R.Niftəliyevanın çantasından içərisində 450 manat olan pulqabısını oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə