3 kiloqrama yaxın heroin və metamfetamin götürülüb

3 kiloqrama yaxın heroin və metamfetamin götürülüb

Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi avtomobildən 2 kiloqramdan artıq heroin və 835 qram metamfetamin götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 2 kiloqram 735 qram heroin və 835 qram metamfetamin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə