Qadının 400 manatını oğurlayan şəxs saxlanıldı

Qadının 400 manatını oğurlayan şəxs saxlanıldı

Bakıda cibgir saxlanılıb. SİA xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü, əvəllər məhkum olunmuş Elçin Novruzov tutulub.

Onun ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, E.Novruzov yanvarın 26-da Bakıxanov qəsəbəsində 55 saylı xətt avtobusunda paytaxt sakini R.Niftəliyevanın əl çantasından içərisində 400 manat pul olan kisəsini cibgirlik yolu ilə ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə