“Dəstəkdən məhrum olanlar gəlib MSK-nın qarşısında təxribat törədirlər”
"Onların MSK-nın qabağında aksiya keçirmələri yaxşı hal deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda seçkilər demokratik və şəffaf şəkildə keçirildi: "Ancaq təəssüflər olsun ki, onlarda seçki mədəniyyəti tam formalaşmayıb. İnsanlar bu seçkiyə bir anarxiya kimi baxırlar, qazanc mənbəyi kimi yanaşırlar, kimisə şantaj etmək, kimisə hörmətdən salmaq kimi baxırlar. Bəzi adamlar var ki, seçkiyə qatılır, amma heç bir hörməti yox, izzəti yox, gəlib seçiyə nağıllarını danışır. Sonrada deyir ki, mən seçki səsi qazanmışdım. Bəziləri də var ki, universitetdə qiyabi oxuyur, heç dərsindən 3 ala bilmir, heç bir hörməti yoxdur, öz küçəsində belə onu tanımırlar, hələ ki, əli zəhmətə dəyməyib, bir yerdə işləməyib, bir kollektiv tanımır, gəlib böyük iddiadadır ki, mən xalqın səsini almalıyam, mən seçilməliyəm, o qədər belə hallar baş verib ki. Əgər sən doğurdan da xalqın içində tanınmırsansa, öz küçəndə belə sənin hörmətin yoxdursa 40 min seçicinin necə səsini ala bilərsən? Bunlarda seçki mədəniyyəti və təfəkkür formalaşmalıdır, elə bilirlər ki, parlament uşaq baxçasıdır, hamı gəlib burda oturub, nə isə edə bilər. Səs ala bilməyən, dəstəkdən məhrum olanlar gəlib MSK-nın qarşısında təxribat törədirlər. Bunlar şantaj edilər, xoşagəlməz sözlər danışırlar. Əlbəttə ki, onların bu cür hərəkətləri düzgün bir hal deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB