Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz C200" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və sorğu-sual olunub. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı isə avtomobilin yük yerində "KING" markalı 6000 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB