Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Kia optima" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sorğu-sual olunan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və ya gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsədə, yoxlama zamanı avtomobilin ön oturacaqlarında gizlədilən 1 ədəd "Redmi Note 8", 1 ədəd "Samsung Galaxy A51" və 7 ədəd "Samsung Galaxy A10S" markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB