Aprelin 2-si saat 23 radələrində Şüvəlan qəsəbə ərazisində Bakı şəhər sakinləri Fikrət Nurullayevin idarə etdiyi "Honda Civik" markalı avtomobillə Ramin Abışovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Bakı şəhər BPİ Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə sürücü R.Abışov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Digər bir yol qəzası Z.Bünyadov prospektində baş verib. Aprelin 2-si saat 08:10 radələrində Salyan rayon sakini Müşviq Abdullayev idarə etdiyi "Daewoo" markalı avtomobillə Kürdəmir rayon sakini Nərmin Ağayevanı vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən 3 saylı xəstəxanada dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB