Tonlarla ot bağlaması yandı

Gədəbəy rayonunun Novoivanovka kəndində ümumi sahəsi 306 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 126 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 4 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə