BŞBPİ: "AXCP üzvünün saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır"

BŞBPİ: "AXCP üzvünün saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır"

AXCP Yevlax rayon təşkilatının üzvü Hüseynzadə Nəsib Yusif oğlunun tərəfimizdən saxlanması və 9-cu polis bölməsinə aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır.

Bu barədə Trend-ə məlumat verən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur: “Heç bir dəqiqləşdirmə aparmadan yayılıb, iddialar dezinformasiyadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə