Dələduzluq edən qadın barəsində həbs qətiimkan tədbiri seçilib

Dələduzluq edən qadın barəsində həbs qətiimkan tədbiri seçilib

Müxtəlif şəxslərdən, müxtəlif vaxtlarda vəsaitləri mənimsəyərək dələduzluq edən şəxs barəsində həbs qətiimkan tədbiri seçilib. SİA zərərçəkənlərin verdiyi məlumata istinadən xəbər verir ki, Səfərova Azadə Rəşid qızı “Dəniz Travel” adı altında 600 min manatadək pul mənimsəyərək dələduzluq edib və o cinayət məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinərək ittiham olunub.

Məlumata görə, ittiham olunan barəsində həbs qərarı Hakim Fərid Əmirəliyev tərəfindən verilib.

Daxil olan məlumatda həmçinin bildirilir ki, iş prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsində başlayıb, təqdimat verilib və barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Bildirilir ki, bir çox şəxsi aldadaraq dələduzluq edən Səfərova Azadə Rəşid qızı dələduzluq əməllərini bir ilə yaxın müddət ərzində törədib. Həmçinin məlumat verilir ki, dələduzluq edən Səfərova “Dəniz Travel” şirkətinin adından istifadə edərək vətəndaşları aldadıb və 600 min manatadək vəsaiti onlardan müxtəlif vaxtlarda mənimsəyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə