Gəncədə baş vermiş yol qəzasında sürücü dünyasını dəyişib

Gəncədə baş vermiş yol qəzasında sürücü dünyasını dəyişib

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın Gəncə müxbirinin verdiyi xəbərə görə, hadisə şəhərin Dədə Qorqud prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin qəzaya uğraması nəticəsində sürücü Vüsal Məhərrəmov və sərnişin Vüsal Bəhmənov ağır xəsarətlərlə xəstəxanaya çatdırılsalar da sürücünün öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə