Avtomobilin vurduğu piyada xəstəxanada keçindi

Avtomobilin vurduğu piyada xəstəxanada keçindi

Nərimanov rayonunun Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 9-da saat 12 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Bakı şəhər sakini E.Aydınov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Rauf Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə