Küləyin təsirindən qopan dam örtüyü bir nəfəri yaralayıb

Küləyin təsirindən qopan dam örtüyü bir nəfəri yaralayıb

Bakının Xəzər rayonunun sakini xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü Bəylərov Nadir Sabir oğlu küçədə hərəkətdə olan zaman dam örtüyünün bir hissəsi qoparaq onun ayağına dəyib.

Xəsarət alan N. Bəylərov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə