Bakıda dələduzluqla məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Qasımovun 8700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Mahmudov saxlanılıb.
Onun borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB