Oğurluqda şübhəli bilinən Bərdə rayon sakini A.Rüstəmov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı ŞBPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Bülbül prospektində yerləşən marketlərin birində Bakı şəhər sakini T.Rüstəmovun içərisində 3 ədəd mobil telefon və bankomat kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini A.Rüstəmov saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB