Neft quyusundan oğurluq edilib

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Orucov və S.Səfərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində neft quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 10 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Orucov və S.Səfərov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə