Bibisinin evindən oğurluq edən şəxs saxlanıldı FOTO

Bibisinin evindən oğurluq edən şəxs saxlanıldı FOTO

Fevralın 4-də Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Xatınlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının və nağd pulun oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 11 000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əli Rüstəmov saxlanılaraq maddi sübutlarla ilə birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə