Şəmkirdə "VAZ 2106"-nın aşması nəticəsində 18 yaşlı sürücü ağır yaralanıb
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın Gəncə müxbirinin verdiyi məlumata görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.
Hərəkətə olan "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü - 2002-ci il təvəllüdlü Abbasov Fərhad Əmirxan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB