Beynəlxalq Avtovağzaldan avtomobili qaçırılıb

Beynəlxalq Avtovağzaldan avtomobili qaçırılıb

Fevralın 2-də Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini M.Babayeva cari il yanvarın 29-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağından oğluna məxsus “Mercedes” markalı avtomobilin qaçırılmasını və fevralın 2-də həmin yerə qaytarılmasını bildirilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdam rayon sakinləri olan 2 qardaş – T.Cəfərov və E.Cəfərov müəyyən edilərək saxlanılmışlar.

Araşdırmalarla T.Cəfərovun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə