Gəncədə süpürgəçini avtomobil vuraraq öldürüb

Gəncədə süpürgəçini avtomobil vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Volksvagen Tuareg” markalı minik maşını yolu süpürən Məmmədova Elminaz Yusif qızını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə