Bakıda 3 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb

Bakıda 3 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb

Bakıda 3 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb. SİA xəbər verir ki, hadisə fevralın 4-ü Nizami rayonunda baş verib. Binanın altıncı mərtəbəsində valideynləri ilə birgə yaşayan 2017-ci il təvəllüdlü Mehdi Sərdarlı mətbəx otağının pəncərəsindən yıxılaraq hadisə yerində vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başladılıb, istintaq davam etdirilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə