Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdullayev avtomobillə birgə saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sabirabad RPŞ-yə müraciət edən Bulduq kənd sakini N.Mehdizadə fevralın 3-də kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tərdbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdullayev avtomobillə birgə BDYPİ-nin postunda polis əməkdaşları tərəfindən saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB