Oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20.000 manat dəyərində 2 ədəd mühərrikini, 63 ədəd çiləyicisini və 69 metr mis naqilini oğurlamaqda şübhəli bilinənlər - Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB