Tonlarla ot bağlaması yandı

Şamaxı rayonunun Hacılı kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və damına yığılan 4 ton ot bağlamasının 1,5 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə