Xəzər RPİ 1-ci PB-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əzizağa Məmmədliyə məxsus Şüvəlan qəsəbəsində yerləşən Bağ evindən 21 ədəd dibçəkdə ümumi çəkisi 102,5 qram olan çətənə kolu aşkar edilərək götürülüb.
Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Yasamal polisi saxta pul kəsməklə məşğul olan şəxsləri tutub. RPİ Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalananlar - Natiq Yaqubov, Cəmilə İsmayılova, Faiq Ağayev, Rahib Əliyev və Ədalət Abbasovdan bir ədəd 100, doqquz ədəd 50, səkkiz ədəd 20 manatlıq əskinaz, altı ədəd bir üzü çap olunmuş 20 manatlıq əskinaz və iki ədəd katric aşkar olunaraq götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB