Mağazalardan oğurluq edən Astara sakini yaxalanıb

Mağazalardan oğurluq edən Astara sakini yaxalanıb

Fevralın 20-nə keçən gecə Bakı şəhər sakini Ramin Şahməmmədova məxsus Əsədullayev küçəsində yerləşən mağazadan qıfılı sındırma yolu ilə DVD, geyim əşyaları, spirtli içkilər və tütün məmulatları oğurlayan Astara rayon sakini Faiq Vəliyev Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən martın 31-də yaxalanıb.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müəyyən olunub ki, o, həmçinin martın 3-ü saat 02 radələrində Sabunçu qəsəbə sakini Urfan Abbasovun həyətində yerləşən mağazadan qapını sındırma yolu ilə ərzaq məhsulları oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə